Azərbaycanın qadın güləşçisi olimpiadaya vəsiqə qazandı

23:05

16 May

lady gaga

Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

 

Üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq çəki dərəcələrində yeniyetmə qızlar yarışıb.  Bu çəkilərdə finala yüksələn idmançılar  və 1 nəfər üçüncü yerin sahibi (hər çəkidə 3 nəfər olmaqla) Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyanı da təmin etmiş olacaq.

 

Yığmamız 4 çəkidə idmançı ilə təmsil olunub.

 

Güləşçilərimizdən Şahanə Nəzərova (43 kq) ardıcıl olaraq Bolqarıstan və Fransa, Nigar Mirzəzadə (65 kq) isə Latviya və Belarus idmançılarını məğlub edərək yarımfinala yüksəlib.

 

Yarımfinalda Rusiya idmançısına da heç bir şans verməyən Şahanə həm çempionatın finalına yüksəlib, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb. Nigar Mirzəzadə isə yarımfinalda uduzaraq bürünc medal görüşünə haqq qazanıb.

 

Final görüşləri Bakı vaxtı ilə 17 may saat 20:00-da başlayacaq.

 

43 kq

FİNAL – Valeriya Kapustsina (BLR) – Şahanə Nəzərova

1/2 final – Luçana Bekbaulova (RUS) – Şahanə Nəzərova 0:5

1/4 final – Justine Viqurox (FRA) – Şahanə Nəzərova 0:10

1/8 final – Şahanə Nəzərova – İrena Binkova (BUL) 10:0 (15 san.)

 

49 kq

1/4 final – Sevinc Əhədova – Roza Szenttamasi (HUN) 4:4*

1/8 final – Maria Ramos Diaz (ESP) – Sevinc Əhədova 0:10 (36 san.)

 

57 kq

1/4 final – Elnurə Məmmədova – Anastasia Blayvas (GER) 0:4

1/8 final – Elnurə Məmmədova – Zsofia Agoston Palko (ROU) 7:0

 

65 kq

Bürünc medal görüşü – Nigar Mirzəzadə

1/2 final – Nigar Mirzəzadə – Noemi Szabados (HUN) 0:4

1/4 final – Nigar Mirzəzadə – Tatyana Malışitskaya (BLR) 7:2

1/8 final – Elina Ziedina (LAT) – Nigar Mirzəzadə 2:2*

Sizə maraqlı ola bilər