Azərbaycanlı aktrisa bayram günü xəstəxanalıq oldu – VİDEO

14:58

12 Avqust

lady gaga

Azərbaycanlı aktrisa Çimnaz Sultanovanın səhhətində problem yaranıb.

 

Primetime.az xəbər verir ki, ötən gün halı pisləşən aktrisa dərhal xəstəxanaya çatdırılıb. O, xəstəxanadan video çəkərək Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edib.

 

Aktrisa videoda “hamınızın Qurban bayramını təbrik edirəm və hamınıza can sağlığı arzulayıram. Ötən gün halım qəfildən pisləşdi və məni xəstəxanaya gətirdilər. Əməliyyat olundum. Hər şey yaxşı keçdi. Amma narkoz səbəbi ilə hələ ki özümə gələ bilmirəm. Bu normaldır. Sizləri sevirəm. Özünüzü və sağlamlığınızı qoruyun. Ən vacib olan budur” – deyə qeyd edib.

 

Sizə maraqlı ola bilər