Azərbaycanlı aparıcının xanımı məzun oldu

13:04

11 Sentyabr

lady gaga

ATV telekanalının aparıcısı Murad Əzimzadənin həyat yoldaşə Müjgan məzun olub.

 

Primetime.az xəbər verir ki, aparıcının xanımı Tibb Universitetinin tələbəsi olub. Murad gələcəyin həkimini özünə xas bir şəkildə təbrik edib:

 

“Birgə məzun olduq. Xanımım Tibb Universitetinin “müalicə işi”ndən, mən isə Tibb Universitetinin saysız hesabsız tədris korpuslarını axtarmaqdan və bitib-tükənməyən tıxaclı yollarından. Hədəfimiz, 5 illik rezidentura yollarında birgə qocalmaqdır. İstənilən seçimdə ailənizlə birgə olmağın, onları dəstəkləməyin xoşbəxtliyini yaşayın, çünki bizə qalan bu anlar, bu sınaqlardır”.

 

Qeyd edək ki, Murad ötən ilin aprelində ailə qurub. Bu onun ikinci evliliyidir.

Sizə maraqlı ola bilər