Azərbaycanlıların olduğu mikroavtobus qəzaya düşdü, xəsarət alanlar var – TƏFƏRRÜAT

19:14

12 İyul

lady gaga

Gürcüstanda azərbaycanlıların xəsarət aldığı yol qəzasının təfərrüatları məlum olub.

 

Primetime.az “Trend”ə istinadən xəbər verir ki, Bakıdan yola düşən mikroavtobus Batumidə qəza törədib. Ötmə əməliyyatı yerinə yetirən sərnişin avtobusu qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə mikroavtobusun sürücüsü və bir neçə sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar xəstəxanaya çatdırılıb.

 

Sərnişinlərin xəsarətləri yüngül olduğundan onlar ambulator müalicəyə buraxılıb. Hər iki ayağından ağır yaralanan sürücü isə stasionar müalicəyə götürülüb.

Sizə maraqlı ola bilər