Azarkeş hakimin başını yardı

21:00

10 Avqust

lady gaga

Ötən gün  Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Avstriyanın “Şturm” və Kiprin “AEK ” komandaları arasındakı qarşılaşmada insident baş verib.

Belə ki, matçın 78-ci dəqiqəsində tribunadan atılan şüşə qab yan xətt hakiminin başını yarıb.

Qan içində yerə yıxılan hakimə ilkin tibbi müdaxilə göstərildikdən sonra isveçli baş hakim Məhəmməd əl-Hakim komandaları paltardəyişmə otağına göndərib.
Yalnız 40 dəqiqə fasilədən sonra davam edən oyunda qonaq “AEK”  klubu 2:0 hesablı qələbə qazanıb.
Məlumat üçün bildirək  ki, “Şturm” klubu hadisəni törədən azarkeşin saxlanıldığını açıqlayıb.

Sizə maraqlı ola bilər