Azərbaycanda 17 yaşlı homoseksual gənc intihar etdi

10:40

15 Noyabr

Ötən gün Gəncədə 17 yaşlı homoseksual gənc intihar edib.

lady gaga

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Ümid adlı gəncin intiharına səbəb ailəsi və cəmiyyət tərəfindən göstərilən təzyiqlər olub.

O, dünən dostları ilə söhbətləşib, xoş vaxt keçirəndən sonra hər kəslə vidalaşıb və evə gedib.

Ümid axşam saat 22:00 radələrində dostlarına vida ismarıcı yazıb və intihar edəcəyini deyib. Dostları ona inanmayıb və zarafat etdiyini düşünüblər. Təsəlli ismarıclarına, deyilən sözlərə reaksiya verməyiblər.

Mərhumun cəsədi Tibbi Ekspertiza Mərkəzinə göndərilib və faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, valideynləri ayrılan homoseksual gənc anası və atalığı ilə birgə Gəncədə yaşayıb. Ümid (əsl adı Hüseyn Əlizadə) “Disney Land” uşaq oyuncaq evində aktyor kimi çalışıb və toylara, uşaq şənliklərinə gedib.

Ögey atası Ümidə pulunu geylərə xərclədiyi iddiası ilə təzyiqlər edib. İşlədiyi yerə zəng edib ögey övladının gəlirləri haqqında məlumat alıb.

Doğma atası isə Ümidə zəng edərək ölümlə hədələyib.

Sizə maraqlı ola bilər