Azərbaycanda cinayətlər ən çox hansı sahədə törədilir?

22:52

16 Avqust

lady gaga

2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 12 844 cinayət faktı qeydə alınıb ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisinə nisbətən 2,6 faiz azdır.

 

Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki illə müqayisədə 5,0 faiz azalaraq 129 olub.

 

Onların 59,3 faizi az ağır, 29,5 faizi böyük ictimai təhlükə törətməyən, 11,2 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.

 

Cinayətlərin strukturunda 2476 hadisə şəxsiyyət əleyhinə, 5952 hadisə iqtisadi sahədə törədilən, 3697 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 717 hadisə dövlət hakimiyyəti əleyhinə (onlardan 130 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 2-si isə digər cinayətlərdir.

 

Qeydə alınmış həyat və sağlamlıq əleyhinə olan cinayətlərdən 311-i qəsdən sağlamlığa yüngül zərər vurma, 295-i qəsdən sağlamlığa az ağır zərər vurma, 169-u qəsdən sağlamlığa ağır zərər vurma, 130-u qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 21-i ehtiyatsızlıqdan adam öldürmə, 13-ü adam oğurluğu (onlardan 10-u evlənmək məqsədilə qadın oğurluğu), 6-sı əzab vermə, qalanları isə digər cinayətlərə aiddir.

 

Hesabat dövründə 8231 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 79,2 faizi cinayət məsuliyyətinə cəlb olunub. Cinayət məsuliyyətinə cəlb olunmuşların 77,3 faizi əmək qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və işləməyənlər, 27,6 faizi əvvəllər də cinayət törətmiş şəxslərdir.

 

Cinayət törətmiş şəxslərin arasında qadınların xüsusi çəkisi 5,9 faiz, 14-17 yaşda olan uşaqların xüsusi çəkisi isə 3,2 faiz təşkil edib.

 

\\Trend

Sizə maraqlı ola bilər