Azərbaycanda daha bir şagird faciəsi: məktəbdə öldü

18:27

15 May

lady gaga

Biləsuvar rayonunda şagird məktəbdə ölüb.

 

Rayonun Amankənd kənd sakini, 6-cı sinif şagirdi, 2006-cı il təvəllüdlü Ürfan Əliyar oğlu Hüseynli təhsil aldığı rayonun Dövrüşlü kənd tam orta məktəbində vəfat edib.

 

Məlumata görə, məktəbli sonuncu dərsdən çıxıb evə gedərkən qəfildən məktəbin həyətində dünyasını dəyişib. Onun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil. Lakin onun qıcolmadan əziyyət çəkdiyi bildirilir.

 

Meyit hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsində müayinə edilir.

 

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

 

\\Report

Sizə maraqlı ola bilər