Azərbaycanda daha bir telekanalın rəhbəri dəyişdi – FOTO

20:24

12 Fevral

lady gaga

“İdman Azərbaycan” telekanalının rəhbərliyində dəyişiklik baş verib.

 

Primetime.az xəbər verir ki, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) yeni sədri Rövşən Məmmədovun sərəncam imzalayıb. Qərara əsasən tanınmış idman şərhçisi Siyavuş Əliyev “İdman Azərbaycan” telekanalının baş direktoru təyin olunub.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizayasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.

 

Sizə maraqlı ola bilər