Azərbaycanda əhalinin son sayı açıqlandı: artım var…

18:56

11 Oktyabr

lady gaga

İlin əvvəlindən ölkə əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 950 512 nəfərə çatıb.

 

Primetime.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.

 

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Sizə maraqlı ola bilər