Azərbaycanda qəribə hadisə: bir qadın digərinin burnunu dişləyərək qoparıb

23:14

12 Yanvar

25 illik LOR, rinoplastika və üz estetik cərrahı kimi təcrübəsi olan Qəhrəman Qəhrəmanov maraqlı açıqlama verib.

 

lady gaga

O, insanların burun cərrahiyyəsinə marağı, rinoplastikada yol verilən səhvlər və qeyri-adi əməliyyatlarından danışıb. Q. Qəhrəmanov bildirib ki, Lənkəranda dalaşan iki qadından biri digərinin burnunu dişləyərək qoparıb:

 

 

“Bir maraqlı hadisə də olub: 2 xanım dalaşmışdı, biri digərinin burnunun qanadını dişləyib qopartmışdı. Lənkərandan gətirmişdilər. Biz o burunu bərpa etdik. Bu yaxında bir gənc kişinin də münaqişə əsnasında qulağını dibindən kəsmişdilər. Xəstəni gətirdilər, ona qulaq düzəltdik. Əgər qulaq vaxtında gətirilsəydi, yerinə tikə bilərdik. Qış idi, qar idi, 5-6 gündən sonra həmin ərazidə qulağı tapıb gətirdilər. Amma  qulaq artıq nerkozlaşmış, qaralmışdı. O xəstəyə qabırğasından istifadə etməklə qulaq düzəltdik”.

 

//Medicina.az

 

 

Sizə maraqlı ola bilər