Azərbaycanda su çiçəyinə bənzər “koksaki” virusu yayılıb? – AÇIQLAMA

12:29

11 Fevral

lady gaga

Son günlər bəzi insanların ağzında, əlində, ayağında və bədənin digər yerlərində su çiçəyinə bənzəyən səpkilər müşahidə olunmaqdadır.

 

Sosial şəbəkələrdə yayılan məlumata görə əslində bu su çiçəyi yox,  “koksaki” adlı virusdur.  Xəstəlik ilk olaraq qrip kimi başlayır.

 

O da qeyd olunur ki, virus keçicidir, əsasən, tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə Primetime.az-a bildiriblər ki,  bu günə kimi “koksaki” adlı virusla bağlı xəstəxanalara müraciət daxil olmayıb:

 

“Hələlik bu virusla bağlı müraciət edənlər olmayıb”.

Sizə maraqlı ola bilər