Azərbaycanın xalq artisti əməliyyat olundu: ayağı amputasiya edildi – FOTO

21:18

27 Dekabr

lady gaga

“Bu gün axşam saatlarında atam əməliyyat olundu. Hazırda vəziyyəti qənaətbəxşdir”.

 

Primetime.az xəbər verir ki, bu sözləri “Sputnik Azərbaycan”a açıqlamasında xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli deyib.

 

Aktyorun qızı qısaca əməliyyatın təfərrüatı barədə də danışıb: “Atamın qanqrena olan ayağı son qərara əsasən nə dizdən, nə də topuqdan deyil, yalnız barmaq hissədən amputasiya olunub. Hazırda yatır”.

 

 

Xatırladaq ki, xalq artisti Ramiz Əzizbəyli üç dəfə insult keçirib. O, xeyli müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir.

Sizə maraqlı ola bilər