Azərbaycanlı müğənninin oğlu adam öldürdü – RƏSMİ
13:26
13 İyun

Xəbər verdiyimiz kimi, mərhum müğənni Vidadi Bərdəlinin oğlu Tuncay Vəliyev həbs edilib.
Daxili İşlər Nazirliyi Bakıda törədilmiş qətllə bağlı məlumat yayıb. İyunun 7-də saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tuncay Vəliyev saxlanılıb.
Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.
