Azərbaycanlı müğənninin qardaşı QƏZAYA DÜŞDÜ: “Səhhəti hələ ki, çox yaxşı deyil” – FOTO

19:24

14 Avqust

lady gaga

Azərbaycanlı müğənni Ayan Babakişiyevanın qardaşı Samir avtomobil qəzasına düşüb.

 

Primetime.az xəbər verir ki, bu barədə xanım ifaçının özü məlumat verib. A. Babakişiyeva qardaşının vəziyyətinin çox da yaxşı olmadığını deyib:

 

“Qardaşım Samir avtomobil qəzası keçirib. Səhhəti hələ ki, çox yaxşı deyil. Amma sizin dualarınızla düzələcək, bilirəm. Axtaran, soruşan dostlarım, tanıdıqlarım, tanımadıqlarım, var olun. Mən də gözləyirəm. Duadan başqa heç nəyə gücümüz çatmır. Səbr…”

 

Qeyd edək ki, Ayan ailəsi ilə birlikdə Türkiyədə yaşayır.

 

 

 

Sizə maraqlı ola bilər