Azərbaycanlı gənci Rusiyada diri-diri yandırdılar: evli qadınla görüşdüyü üçün – FOTOLAR

17:09

11 İyun

lady gaga

Rusiyanın Samara şəhərində azərbaycanlı şəxs sevgilisinin əri tərəfindən yandırılaraq qətlə yetirilib. 

 

Primetime.az rus mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı şəxsin meyiti yanan “Qazel” markalı avtomobildən tapılıb. Hadisə iyunun 9-da şəhərin Alkino ərazisində baş verib.

 

Məlumata görə, həmin şəxs Azərbaycan vətəndaşı, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əhmədov Elmir Cəfər oğludur. Elmirlə həyat yoldaşının münasibətini öyrənən şəxs yaşadığı ərazidə onun ayaqlarına benzin tökərək yandırıb. Elmirin sevgilisinin aqibəti haqda isə məlumat yoxdur.

 

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

 

 

Sizə maraqlı ola bilər