Bəbir ibadət edən rahibi parçaladı

13:33

14 Dekabr

lady gaga

Hindistanda qandonduran hadisə baş verib.

 

Primetime.az xəbər verir ki, ölkənin Maharaştra ştatında bəbir meşədə meditasiya edən Rahul Ualki adlı buddist rahibə hücum edib. Verilən məlumata görə, hadisə pələng və bəbirlərin məskunlaşdığı qoruğun ərazisində baş verib. Rahib hadisə yerində dünyasını dəyişib. Bölgənin yerli administrasiyası zərərçəkənin ailəsinə 16 min dollar konpensasiyanın ödəniləcəyini bildirib.

 

Məlumat üçün bildirək ki, hadisənin yaşandığı Tadoba qoruğunda hazırda 88-ə yaxın pələng və bəbir saxlanılır.

Sizə maraqlı ola bilər