Bədən ölçülərinin 60-90-60 olduğunu deyən müğənnimiz: “İlk dəfə “yupka” qaldırmağı mən etmişəm” – VİDEO

18:31

6 Dekabr

lady gaga

ARB TV-nin “Səhər-Səhər” verlişində “Plastik əməliyyatın qurbanları” adlı mövzu müzakirə olunub.

 

Primetime.az xəbər verir ki, mövzu ilə bağlı sözügedən proqrama açıqlama verən Elit Star Cəmilə səhvlik edən həkimin səhvini bir başkasına düzətdirdiyini deyib:

 

“İlk dəfə Merlin Manronu mən canlandırmışam. İlk dəfə, 2001-ci ildə yubkanı qaldırmağı və saç düzümünü mən etmişəm. Həqiqətən bədən ölçülərim 60-90-60-dır. Uzaqbaşı indi 62-63 ola bilər. Hər zaman fiquramı saxlayıram. Həkimlərin birinə gedirəm səhv edir, gedirəm o biri onun səhvini düzəldir. Öz dodağıma, öz simama qayıtdım. Məni doğurdan pis etmişdilər”.

 

Eyni zamanda müğənni başqalarının fikrinin onun üçün önəmli olmadığını deyib:

 

“Öz fikrim, öz stilim, öz danışığım var. Mən özüm bilərəm nəyi necə, harada edirəm. 88-90 faiz bütün qlobusu gəzmişəm. Azərbaycan, rus, inglis dilini bilirəm. Hələ gəlin mənim səviyəmə çatın, sonra danışarsız. Komputer arxasında oturanların bəziləri qozbeldi, bəziləri o qədər eybəcərdir ki… İnsan küçədə görsə, qorxar. Oturub şərh yazırlar… 4 qat Azərbaycan çempionuyam. Qaçış, üzgüçülük, at çapmaq, dağa dırmanmaq, güllə atmaq. Birbaşa mərkəzdən vururam…”

Sizə maraqlı ola bilər