“Bəxt üzüyü”nün Moşusu: “O istedadsız şairdir, şeir yazmaq istəyir, mən bacarıqsız aktyoram… ”-VİDEO
15:37
13 Fevral

Primetime.az saytının bu dəfəki qonağı xalq artisti Valeh Kərimovdur.
Aktyor tamaşaçılara 27 il öncə “Bəxt üzüyü” filmindən Moşu obrazı ilə tanındı. Özünün də dediyi kimi, bu obraz ona özünün də inanmayacağı şöhrəti və fəxri adı gətirdi.
Valeh Kərimovla söhbətimiz “Bəxt üzüyü 2” filminin təqdimatından bir neçə gün sonra baş tutdu.
Müsahibəni alacağımız məkanın ünvanını tapmaqda çətinlik çəkən aktyor, sən demə, daha çox köhnə Bakını tanıyır. Yeni binalar, tikililər və küçə adları onu çaşbaş salır. Ancaq çətinliklə də olsa görüşümüz baş tutdu, özü də dəbdəbəli məkanlardan olan “Helson Stake House”da.
Müsahibə zamanı aktyorun cavablandıra bilmədiyi yalnız bir sual oldu. O da ki, 27 il əvvəl çəkiliş zamanı yaşadığı maraqlı hadisələr.
Teymur Məmmədov
Video: Teleh Valehov