Babəkin qəhrəmanlığına bir də belə baxın – VİDEO

11:19

20 Avqust

lady gaga

Azərbaycanın böyük qəhrəmanı Babəkə həsr edilmiş informasiya xarakterli animasiya hazırlanıb.

“Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyindən verilən məlumata görə, animasiyada Babəkin mübarizəsi 3D qrafikası vasitəsilə təsvir edilib.

Onun Xürrəmilərin başçısı Cavidanla ilk görüşü, Bəzz qalasına gəlişi, yadelli işğalçılara qarşı mübarizə hərəkatına rəhbərlik etməsi, xəlifənin sərkərdəsi Afşinlə görüşü nümayiş etdirilib. Sonda Babəkin Bəzz qalasını tərk etdikdən sonra xəyanətə uğraması – Səhl ibn Sumbat tərəfindən aldadılması və edam edilməsi səhnələri göstərilib.

Qeyd edək ki, sözügedən çarx Azərbaycanda tarixi şəxsiyyətlər barədə hazırlanan ilk 3D qrafikalı animasiyadır.

Çarxın ssenari müəllifi, rejissoru Elşən Rüstəmov, prodüseri Kamil Həmidov, montaj edəni Sənan Səfərovdur. Animasiyanın mətnini isə Kamal Yaşar səsləndirib.

Sizə maraqlı ola bilər