Bacısını gəlinlikdə görən uşaq intihar etmək istədi – FOTOLAR

17:24

13 İyun

lady gaga

Türkiyədə maraqlı hadisə baş verib.

 

Primetime.az xəbər verir ki, Beytüşşebap bölgəsində baş tutan toy mərasimində 8 yaşlı Məhəmməd Utku Aydemir bacısını gəlinlikdə gördüyü zaman əsəbiləşib. Belə ki, bacısının evlənməyini istəyən Utku “bacımı aparmayın, sizə vermirik” deyərək gəlin maşınını daşlayıb. Vəziyyəti görən hər iki ailə uşağı sakitləşdirməyə çalışıb.

 

Lakin sakitləşməyən Aydemir evlərinin kənarından keçən dərəyə gedərək özünü atmaq istəyib. O, ətrafdakı şəxslər tərəfindən son anda tutulub. Başqa çıxış yolu olmayan Aydemirin atası, oğlunu da bacısı ilə birlikdə göndərib.

 

Sözügedən anlar sosial şəbəkədə marağa səbəb olub.

Sizə maraqlı ola bilər