Sürüşmə zonasında son durum: qırıntılar aşağı doğru gedir

21:52

20 Oktyabr

lady gaga

Badamdar sürüşmə zonasında saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən gərginlik qalmaqdadır.

 

Primetime.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə kütləsi üzərində ara-sıra asılı süxur qırıntıları yamac boyu aşağıya doğru hərəkət edir.

 

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik baş verməyib.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.

 

Qərargahdan Primetime.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik davam etməkdədir.

 

Sürüşmə kütləsi üzərində kütlənin xırda hissəciklərinin uçqun tipli hərəkəti qeydə alınıb və sürüşmənin üst hissəsində uçqunlar baş verib. Sürüşmənin sol qanadında əmələ gəlmiş çatların ölçüləri genişlənib. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik baş verməyib.

Sizə maraqlı ola bilər