Bakda 200-dən çox adama saxta sənədlə ev satılıb – VİDEO

23:25

24 Fevral

2009-cu ildən nağd pul ödəyərək tikilməkdə olan binadan mənzil alan 200-dən artıq vətəndaş hələ də ev ilə təmin olunmayıblar.

 

lady gaga

Üzərindən 9 il keçməsinə baxmayaraq, nə ödədikləri pulu ala bilirlər, nə də ki, mənzilləri təhvil verilir.

 

Zərərçəkmişlər iddia edirlər ki, onlar 2009-2011-ci illər arasında ”Birlik-İnşaat” və ”Xəmsə-İnşaat” adlı tikinti şirkətlərindən ev alıblar. Sonradan məlum olub ki, həmin evlər saxta müqavilələr tərtib edilməklə azı 3-4 nəfər şəxsə satılıb.

 

Daha sonra zərərçəkənlər məhkəməyə müraciət edib. Məhkəmənin qərarı ilə ”Birlik-İnşaat”ın təsisçisi və direktoru Elman Tağıyev həbs edilib. Vətəndaşların iddiasına görə, bundan sonra tikinti işlərini təminat məktubu ilə Elman Tağıyevin qardaşı Məhərrəm Məhərrəmov öz üzərinə götürüb. Sakinlərə Xırdalan şəhərində ”Hasil” adlı tikinti şirkətinin inşa etdiyi binada mənzillərlə təmin olunacağı bildirib.

 

Ancaq çox keçməyib ki, ”Hasil” şirkətinin direktoru Hüseyn Əsgərov adlı şəxs də dələduzluq maddəsi ilə həbs edilib. Bundan sonra tikinti işləri tam dayanıb.

 

Məsələ ilə bağlı ərazidə tikintiyə cavabdeh heç bir şəxsi tapa bilmədik. Daha sonra Elman Tağıyevin qardaşı Məhərrəm Məhərrəmovla əlaqə saxlamağa çalışdıq. Ancaq telefonu daxil olan zəngləri qəbul etmədiyi üçün bu da mümkün olmadı.

 

\\Xezerxeber

Sizə maraqlı ola bilər