Bakı məktəblərində 424 mindən çox şagird təhsil alır

17:33

12 İyun

lady gaga

“BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 27 563 müəllim çalışır”.

 

Primetime.az xəbər verir ki, bunu BŞTİ-nin müdiri Rəşad Tağıyev deyib. O bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir:

 

“İdarənin tabeliyindəki məktəblərdə 424 118 şagird təhsil alır. Ümumi təhsil məktəblərinin I siniflərini 45 616, IX siniflərini 28 993, XI siniflərini 19 786, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 655 nəfər başa vurur”.

Sizə maraqlı ola bilər