“Bakı Metropoliteni” QSC-dən açıqlama: bu stansiya üçün yeni məhdudiyyət qoyulacaq

18:10

7 Dekabr

lady gaga

“Bakmil” stansiyasında giriş-çıxışa məhdudiyyət qoyulacaq.

 

“Bakı Metropoliteni” QSC-dən Primetime.az-a verilən məlumata görə, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar olaraq, dekabr ayının 10-dan “Bakmil” stansiyasına giriş-çıxışa günün müəyyən saatlarında qoyulmuş məhdudiyyətin vaxtı saat 18:00-a qədər uzadılır. Səhər saatlarında isə “Bakmil” stansiyası sərnişinlərə 8:20-yə qədər xidmət göstərəcək.

 

Buna qədər məhdudiyyət saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edirdi.

 

Bu dəyişikliklə əlaqədar, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, saat 17:00-18:00 aralığında həmin stansiyasadan istifadə edən sərnişin axını xüsusi nəzərə alınmaqla, “Bakmil” stansiyası ilə “Koroğlu” stansiyaları arasında avtobus marşrut xətti daha intensiv fəaliyyət göstərəcək.

Sizə maraqlı ola bilər