“Bakı Metropoliteni”ndən sərnişinlərə SÜRPRİZ

22:46

18 Mart

lady gaga

Novruz bayramı ilə əlaqədar “Bakı Metropoliteni”nin bəzi stansiyalarında konsert proqramı təşkil ediləcək.

 

Qurumun mətbuat xidmətindən Primetime.az-a verilən məlumata görə, mart ayının 19-u və 20-sində saat 16:00-dan 18:00-a qədər “İçərişəhər” stansiyasında beynəlxalq müsabiqələr laureatı pianoçu Fuad Əlizadə çıxış edəcək. İki saat ərzində onun sintezator ifasında Azərbaycan xalq və bəstəkar musiqisi nümunələrini, eləcə də məşhur dünya bəstələrini eşitmək mümkün olacaq.

 

Bununla yanaşı, xüsusi əlamətdar günlərdə “Bakı Metropoliteni” QSC-nin sərnişinlərə ərməğan etdiyi ənənəvi konsert proqramı da səsləndiriləcək. Milli muğam üçlüyü və instrumental kvartetin ifasında Azərbaycan və dünya musiqi sənətinin inciləri canlı olaraq təqdim ediləcək. Hər iki proqramda Novruz bayramının ovqatına uyğun musiqi parçaları üstünlük təşkil edəcək. Milli muğam üçlüyü Azərbaycan Milli Konservatoriyasının, simli kvartet isə Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivlərdir.

 

Konsert mart ayının 19-dan 21-nə qədər dörd stansiyada nəzərdə tutulub. Musiqili dəqiqələrin afişası belədir:

 

– “28 May” stansiyası – 11:00 – 13:30

– “Sahil” stansiyası – 12:00 – 13:30

– “İçərişəhər” stansiyası – 13:00 – 14:30

– ”Elmlər Akademiyası” stansiyası – 14:00 -15:30

Sizə maraqlı ola bilər