Bakı metrosunda cibgir saxlanılıb

17:03

12 Yanvar

lady gaga

Metronun “Elmlər Akademiyası” stansiyasında oğurluqda şübhəli bilinən şəxs tutulub.

 

DİN-dən Primetime.az-a verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 11-də metronun “Elmlər Akademiyası” stansiyasının platformasında Masallı rayon sakini olan bir qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Adil Quliyev saxlanılıb.

Sizə maraqlı ola bilər