Bakı metrosunda daha bir hadisə: qadın qatarın altına düşdü

19:26

13 Fevral

Bakı metrosunda daha bir hadisə baş verib.

 

lady gaga

Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

 

O bildirib ki, saat 18:49 dəqiqədə Həzi Aslanov-Dərnəgül istiqamətində 35 saylı marşrut üzrə hərəkət edən qatarın altına İnşaatçılar stansiyasında bir qadın düşüb. N. Paşayev hadisənin intihar olmadığını, sərnişinin yıxıldığını qeyd edib:

 

“Xəsarət müşahidə edilmir. Qatarın hərəkətində 5 dq gecikmə olub. Hələlik qadının kimliyi müəyyən olunmayıb”.

 

Bildirilib ki, həmin qadın – 1976 təvəllüdlü Məmmədova Sevinc Rafiq qızı epilepsiya xəstəsidir. Onu sudurğa tutub və yıxılıb. O, ciddi xəsarət almasa da, hadisə yerinə gələn təcilli tibbi yardım maşını xanımı 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparıb.

Sizə maraqlı ola bilər