Özünü qatarın altına atan kişi vəfat etdi

11:16

12 Yanvar

lady gaga

Bu gün “Bakı Metropoliteni”nin “Qara Qarayev” stansiyasında intihara cəhd hadisəsi olub.

Hadisə 09:18-də baş verib. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib:

““Həzi Aslanov”  stansiyasından “Dərnəgülə” hərəkət edən qatar “Qara Qarayev” stansiyasına daxil olanda təxminən 60 yaşında kişi özünü qatarın altına atmağa cəhd edib. Amma qatarın altına ata bilməyib. Qatar onu vurub platformaya atıb. Vəziyyəti ağır idi. Təcili yardım çağırıldı, xəstəxanaya aparıldı”.

Qurum rəsmisi qeyd edib ki, intihara cəhd edən şəxsin kimliyi məlum deyil.

***

Reanimasiyaya yerləşdirilən 1971-ci il təvəllüdlü Cəmilov Cəmil Qulam oğlu vəfat edib.

Sizə maraqlı ola bilər