Bakı metrosunda qatarlar üz-üzə gəlməyib – RƏSMİ AÇIQLAMA – VİDEO

16:40

6 Oktyabr

lady gaga

Xəbər verdiyimiz kimi, ötən gün Bakı metrosunda qorxulu anlar yaşanıb.

 

Metronun Qara Qarayev stansiyasında qatarda yaranan nasazlıq səbəbindən hərəkət dayanıb. Qatarların hərəkətində 7-8 dəqiqə interval yaranıb.

 

Bununla bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Primetime.az-a bildirdi ki, qatarların üz-üzə gəlməsi mümkün deyil:

 

“Bəzi saytlarda qatarların üz-üzə gəlməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu, dünən baş vermiş hadisədir. Dünən qatarın hərəkəti zamanı texniki nazaslıq baş verdi və maşinist 7-8 dəqiqə ərzində qatarın hərəkətini bərpa etdi. Sadəcə olaraq nazas qatar arxada gələn qatarın hərəkətinə mane olduğu üçün belə bir mənzərə yaranıb”.

 

Sizə maraqlı ola bilər