Bakı metrosunda törədilən terror aktından 25 il ötür

9:48

19 Mart

lady gaga

1994-cü il martın 19-da Bakı metrosunun “20 Yanvar” stansiyasında baş verən terror aktından 25 il keçir.

 

Primetime.az xəbər verir ki, partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların arasında Azərbaycan Respublikasının xalq artisti, bəstəkar Rafiq Babayev də olub.

 

Terror aktı Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanıb, separatçı “Sadval” ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilib.

 

“20 Yanvar” metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilib. Cinayətin törədilməsində şübhəli bilinən “Sadval” Ləzgi Milli Hərəkatının 11 üzvü həbs edilib.

Sizə maraqlı ola bilər