Bakı-Qazax yolunda əcnəbi vətəndaş qəza törətdi – Xəsarət alan var

21:55

11 İyul

lady gaga

Qazax rayonunda Türkmənistan vətəndaşının idarə etdiyi yük maşını aşaraq yol kənarındakı evin hasarına çırpılıb.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon Yuxarı Salahlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkətdə olan “TIR”ın idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Türkmənistan vətəndaşı, 1981-ci il təvəllüdlü Məqsəd Balıyev yüngül xəsarət alıb.

 

Qəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.

Sizə maraqlı ola bilər