Bakı-Quba yolunda avtomobil yandı – VİDEO

21:12

18 Mart

lady gaga

Bakı-Quba yolunda avtomobil yanıb.

 

Primetime.az Report-a istinadən xəbər verir ki, Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə Ceyranbatan qəsəbəsi ərazisində baş verib.

 

Belə ki, hərəkətdə olan “Opel-Astra” markalı minik avtomobili anidən yanmağa başlayıb.

 

Sürücü dərhal maşını saxlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğın söndürülüb.

 

Yanğın zamanı xəsarət alan olmasa da avtomobil  tamamilə yararsız hala düşüb

 

Faktla bağlı araşdırma aparılır.

Sizə maraqlı ola bilər