Bakıda 100 yaşlı bina dəhşət saçdı – Qadını ölümə apardı – FOTOLAR

17:56

19 Dekabr

lady gaga

Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib.

 

Primetime.az-a daxil olan məlumata görə, bu gün 12:00 radələrində Xətai rayonu H.Səlmani 15 ünvanında 1 əsrdən çox yaşı olan yaşayış binasında uçqun baş verib. Binanın ikinci mərtəbəsinin döşəməsi uçaraq birinci mərtəbəyə düşüb.

 

Hadisə nəticəsində ikinci mərtəbədə olan ev sahibəsi 55 yaşlı Sevil adlı qadın döşəmə ilə birlikdə birinci mərtəbəyə düşüb. Aldığı xəsarətdən sonra ağır yaralanan qadın xəstəxanaya yerləşdirilib.

 

Sakinlərin sözlərinə görə, onlar binanın qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyatı qurumlara öncədən məlumat versə də, cavabdeh qurumlar tərəfindən heç bir tədbir görülməyib. Sakinlər öz həyatlarından narahat olduqlarını bildirərək, analoji halın yenidən təkrarlanmasından ehtiyat edirlər.

 

Həmin görüntüləri təqdim edirik:

 

 

 

 

 

Sizə maraqlı ola bilər