Bakıda 2 sürücü yol üstündə DAVA ETDİ – Yaralanan var

20:32

11 İyul

lady gaga

Bakıda küçədə sürücülər arasında dava olub.

 

Primetime.az “Trend”ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində baş verib.

 

Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Alıyev Vüqar Azər oğlu idarə etdiyi avtomobillə Yasamal rayonu ərazisində “Bizim market”in qarşısında Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Sadıqov Anar Adil oğlunun idarə etdiyi avtomobilin qarşısını kəsib. Hər iki sürücünün mübahisəsi davaya çevrilib və nəticədə V.Alıyev bədəninin müxtəlif xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə maraqlı ola bilər