Bakıda AĞIR QƏZA: xəsarət alanlar var – VİDEO

23:08

23 İyul

lady gaga

Bir neçə dəqiqə əvvəl Heydər Əliyev prospektində yol nəqliyyat hadisəsi baş verib.

 

Primetime.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

 

Bildirilib ki, qəza zamanı iki minik avtomobili toqquşub, bir avtomobil hadisə yerində aşıb.

 

Hər iki avtomobilin sürücüsü və sərnişinləri xəsarət alıb. Polis əməkdaşlarının və ətrafdakı insanların köməyi ilə aşan avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişin maşından çıxarılıb.

 

Baş vermiş qəza nəticəsində prospektdə tıxac yaranıb.

 

Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

 

Sizə maraqlı ola bilər