Bakıda ağır qəza – İki maşın toqquşdu, sonra ağaca çırpıldı – VİDEO

16:23

21 Fevral

lady gaga

Bakıda bir az əvvəl ağır qəza baş verib.

 

Primetime.az xəbər verir ki, Bakının Pirallahı qəsəbəsində iki “Mercedes” markalı avtomobil toqquşub.

 

Qəzaya səbəb avtomobillərdən birinin digərini gözləməyərək yoluna çıxması olub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. Toqquşmadan sonra maşınlardan biri yolun kənarındakı şam ağaclarına çırpılıb.

 

Qəzada sürücülərin yüngül xəsarət aldıqları bildirilib. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

 

Həmin görüntüləri təqdim edirik:

 

Sizə maraqlı ola bilər