Bakıda anasını bıçaqlayan 21 yaşlı gənclə bağlı YENİ XƏBƏR

19:30

11 İyul

lady gaga

Bakıda anasını öldürməyə cəhddə təqsirləndirilən Vaqif Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Primetime.az APA-ya istinadən xəbər verir ki, V. Rüstəmov barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mirzə Xankişiyevin icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

 

Qeyd edək ki, Binəqədi rayonunun Xocasən qəsəbəsində ruhi əsəb xəstəsi olan 1998-ci il təvəllüdlü Rüstəmov Vaqif Elşən oğlu yaşadığı evdə anası, 1973-cü il təvəllüdlü Əliyeva Sevinc Vaqif qızı ilə mübahisə edib. Mübahisə zamanı V.Rüstəmov S.Əliyevanı bıçaqlayıb.

 

Qadın Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyat olunub.

 

V. Rüstəmov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilir.

Sizə maraqlı ola bilər