Bakıda aptekdə qadının oğurluğu kameraya düşdü – VİDEO

11:59

11 Oktyabr

lady gaga

Bakıda “28 May” metro stansiyasının yaxınlığında yerləşən apteklərin birində oğurluq hadisəsi qeydə alınıb.

 

Primetime.az Oxu.Az-a istinadən verdiyi məlumata görə, zərərçəkmiş S.A. bildirib ki, pulqabısını aptekdə unudub.

 

Sonradan müşahidə kamerasının yazısını izlədikdə, pulqabının aptekdə olan digər qadın tərəfindən oğurlandığı məlum olub. Qadın əvvəlcə vitrində qalan pulqabının üstünü çantası ilə örtüb. Dərmanları alıb ödəniş etdikdən sonra isə pulqabını da götürərək apteki tərk edib.

 

Zərərçəkmişin sözlərinə görə, pulqabıda az məbləğ olub.

 

Sizə maraqlı ola bilər