Bakıda bağçada uşağı döydülər: Pul vermədiyinə görə – FOTO

11:15

17 May

lady gaga

Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 285 saylı uşaq bağçasında tərbiyəçi kiçik qız uşağını döyüb.

Bu barədə uşağın valideyni Leyla Əlizadə məlumat verib. Valideyn bağçada aylıq adı ilə yığılan rüşvətə etiraz etdiyi üçün övladının döyüldüyünü iddia edib:

“Bağçaya yeni təyin edilən müdirə Səidə Xudiyeva valideynləri 20 manat ödəməyə məcbur edib. Valideynlər bu məsələyə narazılıqlarını bildiriblər. Ondan sonra Bakı Şəhər İcra Hakimiyyətinə və müəyyən yerlərə müraciət etdik. Ən çox etiraz edən valideynlərdən biri də mənəm. Buna görə də tərbiyəçisi Təranə övladımı döyüb. Qızımı çimdikləyərək bu vəziyyətə salıb. Bədəninin müəyyən yerlərində qançırlar var. Bizimlə prinsip aparırlar”.

//Open.az

 

Sizə maraqlı ola bilər