Bakıda bahalı avtomobil piyadanı vurub öldürdü

19:17

11 Oktyabr

lady gaga

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Primetime.az “Trend”ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Paytaxt sakini Hüseynov Pərviz Mehdi oğlu idarə etdiyi “Toyota Land Cruiser” markalı 90-OL-019 dövlət nömrə nişanlı avtomobillə Bakıxanov qəsəbəsində, Mehmandarov küçəsi ilə hərəkətdə olarkən yolu keçən piyada Şirbitov Kamal Soltan oğlunu vurub.

 

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, orada ölüb.

 

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb.

Sizə maraqlı ola bilər