Sürücülərin nəzərinə: Bakıda bu yol təmirə bağlanır – FOTO

18:11

14 Sentyabr

lady gaga

Bakının Binəqədi rayonunun Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində aparılan təmir işləri ilə əlaqədar sabah saat 23:00-dan o biri gün saat 06:00-a qədər (7 saat) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

 

Bildirilir ki, AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir, sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir.

 

Sizə maraqlı ola bilər