Bakıda DƏHŞƏTLİ qəza: “Niva” sürücüsü içkili halda 2 qızla “zapravka”ya girdi – VİDEO/FOTO

10:41

8 Mart

lady gaga

Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib.

 

Primetime.az xəbər verir ki, “90-LP-444” dövlət nömrə nişanlı “Niva” markalı avtomobil paytaxtın Nərimanov rayonundakı yanacaqdoldurma məntəqələrinin birinə daxil olarkən qəza törədib.

 

Belə ki, sürücü idarəetməni itirərək, yanacaqdolduran aparatla toqquşub. Qəza nəticəsində avtomobil aşıb, yüngül xəsarət alanlar var.

 

Sürücünün içkili olduğu bildirilir. Avtomobildə 2 qız və 2 oğlanın olduğu bildirilir.

 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

 

Həmin görüntüləri təqdim edirik:


Sizə maraqlı ola bilər