Bakıda dəmir yolu vağzalının tikintisi zamanı FACİƏ: sükan arxasında öldü

23:24

15 Mart

lady gaga

Bakıda dəmir yolu vağzalının tikintisi zamanı ölüm hadisəsi baş verib.

 

Primetime.az “Trend”ə istinadən xəbər verir ki, hadisə Sabunçu dəmir yolu vağzalında baş verib.

 

Vağzalın inşası ilə əlaqədar yaxınlıqdan keçən yolun tikintisində traktorçu işləyən 1967-ci il təvəllüdlü Əliyev Ənvər Abdüləzim oğlu mühərriki sönülü olan traktorda sükan arxasında oturduğu zaman qəflətən ölüb.

 

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Sizə maraqlı ola bilər