Bakıda daha bir abituriyent faciəsi. Az bal topladığına görə özünü 9-cu mərtəbədən atdı

14:40

23 İyul

lady gaga

Bu gün səhər saatlarında Bakı şəhərinin Suraxanı rayonunda dəhşətli intihar hadisəsi baş verib. Yeni Günəşli qəsəbəsində yaşayan 17 yaşlı Şəbnəm Rzayeva özünü binanın 9-cu mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Məlumata görə,V massivindəki 5-ci binanın 9-cu mərtəbəsindən ataraq intihar edən Şəbnəm Rzayeva abituriyent imiş və Azərbaycan Tibb Universitetinə hazırlaşırmış.

Bina sakinlərinin sözlərinə görə, 17 yaşlı Şəbnəm Rzayeva sonuncu qəbul imtahanında 580-dən çox bal toplayıbmış. O, özünü yaşadığı 7-ci binadan deyil, yaxınlıqdakı 5-ci binadan atıb.

Şahidlər deyib ki, Şəbnəm Rzayeva intihar edərkən sağ olub. Hətta təcili tıbbi yardım maşını gələndə də canını tapşırmayıbmış.

Onun rəfiqəsinin anası deyib ki, Şəbnəm ailədə 3 uşaqdan sonbeşiyi olub: “Gülərüz və həlim qız idi, hətta son günlərə qədər də depresiyada olmayıb. İlk imtahanda 530 bal toplamışdı, sonuncu imtahanda isə nəticələri bir az da yaxşılaşmışdı, 580 idi”.

Qeyd edək ki, Ş. Rzayeva 278 saylı məktəbin məzunudur.

\\Lent.az

Sizə maraqlı ola bilər