Bakıda daha bir marşrut avtobusu QƏZAYA DÜŞDÜ: xəsarət alanlar var – FOTO

18:17

15 May

lady gaga

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

 

Primetime.az “Report”a istinadən xəbər verir ki, hadisə aeroport yolunda, Milli Aviasiya Akademiyasının yaxınlığında qeydə alınıb.

 

Belə ki, 171 nömrəli marşrut xətti üzrə hərəkətdə olan sərnişin avtobusu kranla toqquşub.

 

Hadisə nəticəsində iki sərnişin yüngül xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Sizə maraqlı ola bilər