Bakıda dayanacaqlarda siqaret çəkmək qadağan edildi – FOTOLAR
17:48
13 Mart

Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun tələbinə uyğun olaraq, Bakı Nəqliyyat Agentliyinin quraşdırdığı dayanacaq pavilyonlarına xəbərdarlıq elanları vurulub.
Bu barədə qurumun rəsmi “Facebook” səhifəsində məlumat paylaşılıb.
Məlumat üçün bildirək ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin 10.1.15-ci bəndində tütün çəkilməsinə icazə verilməyən yerlər arasında avtobusların dayanacaq məntəqələri də qeyd olunub.