Abşeronda dəhşət: Şagirdləri daşıyan avtobus aşdı, 4-nün vəziyyəti ağırdır – FOTO – YENİLƏNDİ

12:29

7 Dekabr

lady gaga

Xəbər veridiyimiz kimi, bu gün Abşeron rayonunda məktəb avtobusu qəzaya düşüb.

 

Primetime.az xəbər verir ki, 217 nömrəli tam orta məktəbdən Trend-ə verilən məlumata görə, qəza zamanı nəqliyyat vasitəsində 10 şagird və bir neçə valideyn olub. Onlardan 2 şagird və 2 valideyn daha ciddi xəsarət aldığı üçün təcili xəstəxanaya yerləşdirilib. 1 şagird və 1 valideynə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

 

***11:51

Abşeron rayonunda məktəb avtobusu qəzaya düşüb.

 

Primetime.az-a daxil olan məlumata görə, səhər saatlarında uşaqları məktəbə aparan servis avtovusu qəzaya düşüb. 217 nömrəli orta məktəbin şagirdlərini məktəbə aparan zaman servis avtobusu idarəetməni itirərək yoldakı hasara çırpılıb.

 

Qəza zamanı 4 uşağın vəziyyəti ağırdır. Avtobus aşdığı üçün uşaqlar onun altında qalıb. Onlar dərhal xəstəxanaya çatdırılıb.

 

Əldə etdiyimiz məlumata görə, uşaqlar hal-hazırda reanimasiyadadır, sürücü isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Sizə maraqlı ola bilər