Bakıda dilənçiliyə məcbur edilən azyaşlı bacı-qardaş tapıldı

20:32

10 Oktyabr

lady gaga

Bakıda küçədə dilənməyə məcbur edilən 2 azyaşlı uşaq tapılıb.

 

Primetime.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, Yasamal rayonu ərazisində polis tərəfindən saxlanılan uşaqlar birliyin sığınacağına yerləşdirilib.

 

K.Ağazadənin sözlərinə görə, azyaşlılardan oğlanın 4, qızın 5 yaşı var:

 

“Uşaqların ikisi də pis vəziyyətdə idi. Hazırda onlar müayinə edilir. Oğlanın ayaqlarında yanıq izləri var. Oğlanın əlində pul var idi, hər ikisi fiziki zorakılığa məruz qalıb, dilənçiliyə məcbur edilib. Uşaqların yaşı azdır, özləri barədə dolğun məlumat verə bilmirlər. Hələ adlarını belə öyrənə bilməmişik.

 

Mənim ehtimalıma görə onlar roman tayfalarından olan ailələrin övladlarıdır. Uşaqlar bir müddət sığınacaqda qalacaq, onlara psixoloji, tibbi yardım göstəriləcək. Daha sonra valideynləri tapılmazsa, dövlət müəssisəsinə yerləşdiriləcək”.

 

Sizə maraqlı ola bilər