Bakıda faciə: oğlu ilə ərinin məzarı üstündə öldü

19:10

14 Sentyabr

lady gaga

Bakıda qəbiristanlıqda ölüm hadisəsi baş verib.

 

Paytaxt sakini Nəsibova Nəcibə Əli qızı Badamdar qəsəbəsi ərazisində qəfil vəfat edib.

 

Belə ki, dünən məzarlıqda həyat yoldaşı və oğlunun qəbrini ziyarət edən qadının halı orada pisləşib və o, hadisə yerindəcə keçinib. İlkin məlumata görə, N.Nəsibova ürək tutmasından vəfat edib.

 

Araşdırma aparılır.

\\Publika.az

Sizə maraqlı ola bilər